Almaniyanda vəfat edən azərbaycanlı tələbə Kənan Səfərovun nəşi bu gün Azərbaycana gətirilib.
O, doğulduğu Lənkəran rayonunun Digah kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Xatırladaq ki, Kənan Camal oğlu Səfərovun meyiti iyulun 5-də Almaniyanın Münhen şəhərində tapılıb. Yaxınlarının sözlərinə görə, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.
Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı.
Surxay Şahbazov

Mənbə: qafqazinfo.az