24 yaşlı qadın sirkə turşusundan zəhərləndi

24 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Daşkəsəndə gənc qadın sirkə turşusundan zəhərlənib.

Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. 24 yaşlı qadının hansı səbəbdən sirkə turşusundan zəhərlənməsi məlum deyil.

Fakt araşdırılır.

Tural Əhmədov


Mənbə: unikal.az