"Liverpul"un futbolçusu Dioqo Jotanın iştirakı ilə baş verən qəzanın səbəbləri icazə verilən sürət həddini aşması və sükanla bağlı problemlər olub.
Bu barədə "El Mundo" Mülki Qvardiyanın ilkin rəyinə istinadən xəbər verir ki,
Ekspertiza rəyi hələ tam deyil, lakin göstərilir ki, asfalt üzərində zərbə yerindən təxminən 100 metr məsafədə və təxminən 50 metr uzanan təkər izləri ilkin nəticələrin formalaşmasında əsas rol oynaya bilər.
Cinayətin sübutu tapılmasa da, iş məhkəməyə göndərilib.
Qeyd edək ki, qəza iyulun 3-də İspaniyanın qərbindəki Zamora əyalətində baş verib.
28 yaşlı hücumçu avtomobildə Portuqaliya “Penafiel”ində çıxış edən qardaşı Andre ilə birlikdə olub. O da həyatını itirib. Hər iki futbolçu maşında yanaraq ölüb.
Qəzadan bir neçə gün əvvəl Jota ailə həyatı qurub.
Mənbə: publika.az