Siyəzəndə baş verən paraşüt qəzasının təfərrüatları məlum olub.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyib, polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
İlkin araşdırma zamanı məlum olub ki, Siyəzənin Beşbarmaq dağı ərazisində həlak olmuş paraşütçü qadın - 36 yaşlı Nuranə Tofiq qızı Özbəkistan Respublikasının Zərəfşah şəhərində anadan olub, Bakı şəhərinin Nəsimi rayonunun Mircəlal küçəsi 36, mənzil 92-də yaşayıb.
Nuranə Məcidova Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən Beşbarmaq piri adlanan dağın zirvəsindən atlamaq üçün istifadə edilən paraşütlə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyib və idarəetməni itirərək, qayalıqlara çırpılaraq həyatını itirib.
Qeyd edək ki, həyatını itirən 36 yaşlı paraşütçü qadının meyiti tibbi ekspertiza üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə aparılıb.
Hadisə yerində FHN-nin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Fakta görə Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.
Mənbə: bizim.media