“20 yanvar” metrostansiyası yaxınlığında yanğın - Video

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: qafqazinfo.az