Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, professor Tərlan Abdullayev uzun illər Odlar Yurdu Universitetində çalışaraq, elmə və təhsilə böyük töhfələr vermiş, yüksək ziyalılığı, insani keyfiyyətləri və pedaqoji fəaliyyəti ilə həmkarlarının və tələbələrinin böyük hörmətini qazanıb.
Mənbə: publika.az