Ronaldo və digər futbolçulardan Jota ilə bağlı paylaşım - Fotolar

Ronaldo və digər futbolçulardan Jota ilə bağlı paylaşım -

Dünyanın bir çox futbolçuları avtomobil qəzasında həlak olan “Liverpul”un oyunçusu Dioqo Jota ilə bağlı paylaşımlar edib.

Jota ilə Portuqaliya yığmasından komanda yoldaşı olan Kriştianu Ronaldo instaqram hesabında onun haqqında yazıb.

Kriştianu paylaşımda bunları qeyd edib: “İndi bunun mənası yoxdur. Millidə bir yerdə idik, sən isə evləndin. Ailənizə, həyat yoldaşınıza və övladlarınıza başsağlığı verir və onlara dünyanın bütün güclərini diləyirəm. Bilirəm ki, siz həmişə onlarla olacaqsız. Rahat yatın, Dioqo və Andre. Hamımız sizin üçün darıxacağıq”.

Jotanın komanda yoldaşı Darvin Nunez komanda yoldaşı haqqında yazıb: “Belə ağrılara təsəlli verən sözlər yoxdur. Mən sizi həmişə təbəssümlə, meydanda və meydandan kənarda yaxşı komanda yoldaşı kimi xatırlayacağam. Bütün sevgimi ailənizə göndərirəm. Əminəm ki, Dioqo sən həmişə həyat yoldaşın və 3 uşağınla olacaqsan”.

Ətraflı

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerarda Dioqo Jotanın ölümünə sarsıldığını ifadə edib.

Bundan başqa bir çox klublar da D.Jota barədə paylaşım edib.


Mənbə: qafqazinfo.az