Cənubi Koreyanın Çjonçju şəhərində məktəbə hücum edən şagird 6 nəfəri yaralayıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumataə görə, hücum edən şəxs silahlı olub, lakin agentlik onun konkret nə ilə silahlandığını açıqlamayıb.
Xəsarət alanlar arasında müəllim də var. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar, lakin heç birinin vəziyyəti ağır deyil.
Zərərçəkənlərə tibbi yardım göstərilir.
Mənbə: report.az