Türkiyəyə düşən PUA Ukraynaya məxsus imiş

Türkiyəyə düşən PUA Ukraynaya məxsus imiş

Aparılan texniki yoxlama nəticəsində Türkiyədə düşən PUA-nın Ukraynanın “Fire Point” şirkətinin istehsalı olan FP-1 model kamikadze dronu olduğu müəyyən edilib.

Bu barədə İHA məlumat yayıb.

Xatırladaq ki, aparat yaşayış olmayan əraziyə düşərək partlayıb. Hadisə yerli vaxtla saat 01:30 radələrində baş verib və əhali arasında təşvişə səbəb olub. Partlayış nəticəsində dörd yaşayış evinin pəncərələrinin şüşələri sınıb.

Mənbə: bizim.media