Dünyada hər il 12 milyon qız erkən nikaha məcbur qalır

Dünyada hər il 12 milyon qız erkən nikaha məcbur qalır

Noyabrın 27-də dünyada ilk dəfə Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün qeyd olunub.

BMT-nin rəsmi məlumatına istinadən xəbər verilir ki, hər il dünyada təxminən 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur.

Hazırda dünyada uşaqlıq dövründə nikaha daxil olmuş təxminən 650 milyon qadın və qız yaşayır. BMT bu problemin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırıb.

Mənbə: bizim.media