Belçikalı milyonçunun həyat yoldaşı İsveçrədə mağazadan 366 avro dəyərində məhsul oğurlamağa cəhd edərkən saxlanılıb.
Qadının 3,8 milyon avroluq sərvətə malik olduğu bildirilir. O, özünəxidmət kassasında çantasındakı təxminən 15 məhsulu skan etmədən mağazadan çıxmağa çalışıb.
Təhlükəsizlik əməkdaşı qadını saxlayaraq polisə məlumat verib. O, həbs edilib, avtomobili və evində axtarış aparılıb. Qadın bir gecə polis nəzarətində qaldıqdan sonra sərbəst buraxılıb.
Cenevrə məhkəməsi qadını təqsirli bilsə də, o, qərardan Federal Ali Məhkəməyə şikayət edib. Qadın oğurluq niyyətinin olmadığını, avtomobilindən bank kartını götürmək üçün mağazadan çıxdığını və çantasındakı məhsulları unutduğunu iddia edib. Lakin İsveçrə Federal Ali Məhkəməsi onun şikayətini rədd edərək əvvəlki hökmü qüvvədə saxlayıb.
Mənbə: publika.az