10 yaşlı oğlanı maşın vurub öldürdü

10 yaşlı oğlanı maşın vurub öldürdü

Bu gün saat 12 radələrində Lənkəranda 10 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lənkəran-Lerik yolunun Darquba kəndi ərazisindən keçən hissəsində “VAZ 21011” markalı avtomobil 10 yaşlı Əlövsət Yusubzadəni vurub.

Xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az