Cümə axşamı günü Hörmüz boğazında iki tanker minaya düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
"Bu günün ilk saatlarında sərhədi pozan iki tanker Əl-Xəsab limanının şimalında dəniz minalarına dəyib və yanğın baş verib", - deyə İİKK qeyd edib.
İran ordusu gəmilərdən birinin iki milyon bareldən çox neft daşıyan supertanker olduğunu dəqiqləşdirib.
Müəllif: Tural
Mənbə: publika.az