Erməni general hərbçinin öldüyü gün restoranda yeyib-içirmiş

Erməni general hərbçinin öldüyü gün restoranda yeyib-içirmiş

Noyabrın 17-də Ermənistanda Hərbi Tibb İşçiləri Günü qeyd olunub. “Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, həmin gün hərbi tibb işçiləri 300 nəfərin iştirakı ilə bayram tədbiri keçirib. İştirakçılar arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi də olub.

Tədbir Vanadzor şəhərində yerləşən “Marsel” restoranında baş tutub.

Həmin gün isə erməni generala növbəti hərbçinin ölümü ilə bağlı informasiya ötürülüb. O, bu xəbərə baxmayaraq axşam saatlarınadək restoranda yeyib-içib.

Qavarda isə həlak olan əsgərin yaxınları və doğmaları onun yasını tutublar. “Marsel” restoranı orada belə bir tədbirin keçirildiyi barədə məlumatı təsdiqləyib.

Mənbə: bizim.media