Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - Hadisə görüntüləri

Məktəbli qız itlərin hücumundan son anda xilas oldu -

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Hadisəni görən yaxınlıqdakı sakinlər müdaxilə edərək məktəbli qızı itlərin əlindən xilas ediblər.

Hücum nəticəsində qızın ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, bu gün Şəkidə də 4 yaşlı qız itlərin hücumuna məruz qalmışdı.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az