Beyləqanda avtomobil su arxına aşıb, ölən var

Beyləqanda avtomobil su arxına aşıb, ölən var
Beyləqanda avtomobilin su arxına aşması nəticəsində sürücü ölüb.
AZXEBER.COM xəbər verir ki, Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə idarəetməni itirərək avtomobili su arxına aşırıb.
Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişin 1967-cı il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: azxeber.com