Rusiyada təyyarə qəzaya uğradı: Bütün ekipaj həlak oldu - Video

Rusiyada təyyarə qəzaya uğradı: Bütün ekipaj həlak oldu -

Rusiyanın Kemerovo vilayətində An-12 tipli təyyarə qəzaya uğrayıb.

Hadisə ilə bağlı məlumatı Kuzbass qubernatoru təsdiqləyib.

İlkin məlumata görə, təyyarənin bütün ekipaj üzvləri həlak olub. Təyyarənin göyərtəsində 13 nəfərin ola biləcəyi bildirilir.

Bildirilir ki, hava gəmisi uçuş zamanı alışaraq yanıb.

Vilayət qubernatoru Sergey Seredyuk da Yagunovo kəndi yaxınlığında “aviasiya hadisəsi” baş verdiyini təsdiqləyib və hadisə yerinə yollandığını bildirib.


Mənbə: bizim.media