"Microsoft"da nasazlıq yarandı, 15 nəfr zəhərləndi

"Microsoft"da nasazlıq yarandı, 15 nəfr zəhərləndi

"Microsoft" şirkətindəki nasazlıq 15 nəfərin xlordan zəhərlənməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə Almaniyanın Brühl şəhərindəki əyləncə parkındakı hovuzda baş verib. Ziyarətçilərdən bir neçəsi xəstəxanaya yerləşdirilib. Hadisənin "Microsoft" şirkətindəki nasazlıqla əlaqəli olduğu müəyyən edilib

Avtomatik dozalama sistemi həddindən artıq işlədib və suya həddindən artıq xlor əlavə edib. Monitorinq sistemi dərhal təhlükəli konsentrasiya barədə xəbərdarlıq yaradıb və onu işçilərə elektron poçt vasitəsilə göndərib.

Lakin "Outlook"dakı texniki nasazlıq səbəbindən elektron poçt çatdırılmayıb. Bu isə zəhərlənməyə səbəb olub.


Mənbə: unikal.az