Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - Fotolar

Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı -

Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə şəhərin Nizami prospektində baş verib.

“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Mənbə: qafqazinfo.az