Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada qalmaqal

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada qalmaqal

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb.

Xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələrə müdaxilə etdiyi iddia olunur.

İddialara görə, həmin şəxsin iştirak etdiyi tibbi müdaxilələrlə bağlı xəstə qeydiyyatlarında digər tibb işçilərinin adlarından istifadə olunub.

Vətəndaşlar durumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət ünvanlayıblar. Şikayətdən sonra Giresun Vilayət Səhiyyə İdarəsi tərəfindən araşdırmaya başlanılıb.

Araşdırma çərçivəsində həmin şəxsin xəstəxanadakı vəzifəsi, səlahiyyətləri və cərrahi əməliyyatlarda iştirak edib-etmədiyi yoxlanılır. (Lent.az)

Mənbə: publika.az