Bakı.Trend:
Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib.
Ölkənin Milli Meteorologiya İdarəsinin mətbuat xidmətinin məlumatına görə, zəlzələnin episentri Miyaqi prefekturasının şərqində, Sakit okeanda yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: az.trend.az