Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb

Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mazda” və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Mazda”nın sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az