Ağstafada zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlanıb

Ağstafada zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlanıb

Dünən Ağstafada zəhərlənən ailənin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 13:10 radələrində 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvləridir. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.

Fəridə

Mənbə: bizim.media