Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb.
“Ford Transit” markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-sı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az