Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası

Sussex hersoginyası Meqan Marklın atası Tomas Markl uşaq pornoqrafiyası saxlamaqda şübhəli bilinərək həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, 82 yaşlı Tomas Markl Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən ABŞ-nin Florida ştatında saxlanılıb. Uşaqlara qarşı cinsi zorakılığı əks etdirən materiallar Tomas Marklın Filippindəki evində və Meksikadakı anbarında aşkar edilib.

Qeyd edək ki, şübhəli materiallar barədə hüquq-mühafizə orqanlarına Marklın oğlu məlumat verib. O, atasının əşyaları arasında şübhəli görüntülər aşkarlayıb.

Bizim.Media

Mənbə: bizim.media