Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü

Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü

Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib.

Lent.az-a istinadən xəbər verilir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb.

Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news.milli.az