Tiflisdə DƏHŞƏTLİ YANĞIN: Məşhur bazar alovlara büründü VİDEO

Tiflisdə DƏHŞƏTLİ YANĞIN: Məşhur bazar alovlara büründü VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə yerləşən məşhur "Dezertirka" ticarət bazarında güclü yanğın baş verib.

Musavat.com xəbər verir ki, alov qısa müddətdə geniş ərazini əhatə edib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın Vağzal meydanı yaxınlığında, piyada körpüsünün ətrafında başlayıb. Alov sürətlə yayılaraq bazarın ticarət cərgələrinə və piştaxtalara keçib.

Genişmiqyaslı yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən briqada və xüsusi texnika cəlb olunub. Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Mənbə: musavat.com