DPA-ya istinadən xəbər verilir ki, bu barədə Hessen federal torpağının daxili işlər naziri Roman Posek məlumat verib.
Polisin məlumatına görə, 13-29 yaş aralığında olan gənclər və yeniyetmələr də daxil olmaqla, 54 nəfər saxlanılıb. İğtişaşçılar 17 mağazaya ziyan vurub, daha beş ticarət obyektini isə qarət ediblər.
Hüquq-mühafizə orqanları 87 cinayət hadisəsi qeydə alıb, 366 nəfərin sənədlərini yoxlayıb və 1 225 nəfərə mühafizə olunan əraziləri tərk etmək barədə göstəriş verib.
Toqquşmalar zamanı bir polis əməkdaşı ağır xəsarət alıb. Daşın üzünə dəyməsi nəticəsində o, bir neçə dişini itirib. Asayişin bərpasına ümumilikdə 1 300-dək hüquq-mühafizə əməkdaşı cəlb olunub.
Hessenin daxili işlər nazirinin qiymətləndirməsinə görə, zorakılıq əməllərində 1 000-1 500 nəfər iştirak etmiş ola bilər.
Lakin sonradan şəhər mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar, yanğınlar və kütləvi dağıntılar baş verib. Posek hadisələrdə iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vəd edib.
Mənbə: oxu.az