Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu

Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub.

Oxu.Az xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb.

Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub.

Subay və evin tək oğlu olan mərhum Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

İqbal Ziya

Mənbə: oxu.az