Özünü polis kimi təqdim edən şəxs tutuldu - Əlindəki oyuncaq silah imiş - Video

Özünü polis kimi təqdim edən şəxs tutuldu - Əlindəki oyuncaq silah imiş - Video

Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirvo paylaşım edib.

O qeyd edib ki, polis tərəfindən keçirilən tədbirlərlə Seymur Dadaşzadə saxlanılıb.

Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib. Onunla bağlı məsuliyyət tədbirləri görülür.

Mənbə: qafqazinfo.az