Konqo Demokratik Respublikasında (KDR) hazırkı epidemiya zamanı Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb.
Bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat verib.
Bildirilib ki, Ebola virusuna yoluxanların sayı 10 351-ə çatıb. Ölüm göstəricisi 48,6 faiz təşkil edir.
Ebola epidemiyası mayın 15-də Uqanda və KDR-də başlayıb və Afrikada bütün müşahidə tarixində ölüm sayına görə ikinci ən böyük epidemiya olub. Konqo Demokratik Respublikasının səkkiz əyalətində virusa yoluxanlar və ölənlər aşkarlanıb.
Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib. Oktyabrın 6-da Keniya hakimiyyəti ölkədə ilk Ebola virusuna yoluxma halının qeydə alındığını açıqlayıb. Oktyabrın 20-də Nigeriyanın Səhiyyə Nazirliyi ölkə ərazisində ilk Ebola virusuna yoluxma halının aşkarlandığını bildirib.
Hüseyn İbadlı
Mənbə: publika.az