Paşinyanın xaş qonaqlığı narazılıq yaratdı - VİDEO

Paşinyanın xaş qonaqlığı narazılıq yaratdı -

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sosial şəbəkə hesablarındakı paylaşımı ilə narazılığa səbəb olub.

O, İrəvanda xaş qonaqlığında iştirak etməsinə dair video paylaşıb xaş mövsümünü açdığını yazıb.

Məlumata görə, qonaqlıqda siyasətçilər, deputatlar, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri də iştirak ediblər.

Şərhlərdə isə əsasən neqativ fikirlər səsləndirilir. Ermənilər baş naziri daha ciddi işlərlə məşğul olmağa çağırıblar.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Tural

Mənbə: publika.az