“Instagram”da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq etdi

“Instagram”da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq etdi

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Davud Davudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Qəbələ Rayon Məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama münasibəti, özünü təqsirli bilib-bilməməsi və ifadə verməkdən imtina etməsi, eləcə də təsviri-əsaslandırıcı və nəticə hissəsində məhkəmə məsrəfləri göstərilməklə dəyişdirilib.

İttihama görə, 2008-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2025-ci ildə “Instagram” sosial şəbəkəsində tanış olduğu, Qəbələ rayonunda yaşayan və 2011-ci il təvəllüdlü T.T.-yə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.

İttihamda göstərilir ki, Davud Davudov “Instagram” hesabı vasitəsilə T.T. ilə mesajlaşaraq tanış olub. Daha sonra tərəflər arasında sevgi münasibətləri yaranıb. Təqsirləndirilən şəxs qızın 14 yaşına çatmadığını bilib.

Daha sonra o, T.T.-yə qarşı seksual xarakterli digər hərəkətlər edib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Davud Davudov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib. Təqsirləndirilən şəxsin məhkəmə zalında dərhal həbsə alınması qərara alınıb.

Mənbə: musavat.com