İrəvandan havaya qalxan təyyarə 15 dəqiqə sonra SOS siqnalı verib

İrəvandan havaya qalxan təyyarə 15 dəqiqə sonra SOS siqnalı verib

Ermənistanın paytaxtı İrəvandan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra təhlükə siqnalı verib.

“Baza” Telegram kanalının məlumatına görə, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarənin ekipajı problemin yarandığını bildirdikdən sonra hava gəmisi İrəvanın Zvartnots hava limanına doğru geri dönməyə başlayıb.

İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində təxminən 108 nəfər ola bilər.

Monitorinq sistemlərinin məlumatlarına görə, təyyarə Zvartnots hava limanı yaxınlığında dövrə vurub. Hadisənin səbəbi və təyyarənin sonrakı taleyi ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Mənbə: az.trend.az