“Toyota” mühərriklərini satır

“Toyota” mühərriklərini satır

“Toyota” şirkəti yeni nəsil benzin mühərriklərini və hibrid sistemlərini digər avtomobil istehsalçılarına satmağa hazırlaşır. Şirkət 2032-ci ilədək bu satışlardan illik 1,5 milyard avro gəlir əldə etməyi hədəfləyir.

Mühərriklərin tədarükünə 2027-ci ildən başlanıla bilər. Yeni mühərrik ailəsinə 1,5 və 2 litrlik modellər daxildir.
Şirkət mühərrikləri daha yığcam və səmərəli hazırlayır. Onların hibrid sistemlərlə birlikdə istifadəsi də nəzərdə tutulur.
“Toyota”nın potensial müştərilərinin adları hələ açıqlanmayıb.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az