Azərbaycanlı bloger Moskvada şəkil çəkdirmək istəyərkən təhqir edildi - VİDEO

Azərbaycanlı bloger Moskvada şəkil çəkdirmək istəyərkən təhqir edildi   - VİDEO
Azərbaycanlı bloger Nadilə Rusiyanın paytaxtı Moskvada yerli qadının təhqirlərinə məruz qalıb.
“Bakupost” xəbər verir ki, hadisə Qırmızı meydanda, Vasili Blajennı kilsəsinin qarşısında baş verib.
Belə ki, Nadilə kilsənin önündə foto çəkdirmək istəyərkən naməlum qadın ona etiraz edib. Yayılan videoda qadının orada foto çəkdirməyin günah olduğunu dediyi və Nadiləni inanclı insanların hisslərinə hörmətsizlik etməkdə ittiham etdiyi eşidilir.
Qadın həmçinin Nadiləni söyüşlə təhqir edib.
Bloger paylaşımında qadının hadisə zamanı içkili olduğunu bildirib.
Qeyd edək ki, Vasili Blajennı kilsəsi Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənədək Moskvanın ən hündür tikilisi olan bu kilsə dünyanın ən məşhur memarlıq abidələrindən biri hesab olunur.
Lalə, Baku

Mənbə: www.bakupost.az