İvelin departamentində terror aktı törətməkdə şübhəli Kevin T. şizofreniyadan müalicə alırmış

İvelin departamentində terror aktı törətməkdə şübhəli Kevin T. şizofreniyadan müalicə alırmış

Bakı. Trend:

Oktyabrın 23-də Fransanın İvelin departamentində irqi nifrət zəminində bir nəfəri öldürməkdə və daha beş nəfəri yaralamaqda şübhəli bilinən şəxsdə şizofreniya diaqnozu qoyulub və o, tibbi müalicə alırmış.

Bu barədə Agence France-Press-ə istintaqa yaxın mənbə məlumat verib. Mənbə LCI telekanalının yaydığı məlumatı təsdiqləyib.

Terror aktında şübhəli bilinən Kevin T.-nin şənbə günü axşam psixiatrik müayinədən keçirilməsindən sonra onun polis nəzarətində saxlanılması dayandırılıb. Bu barədə oktyabrın 25-də Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) məlumat verib.

Prokurorluğun bildirdiyinə görə, şübhəlidən götürülmüş nümunələrin toksikoloji təhlili onun qanında “kannabis və kokainin olduğunu” üzə çıxarıb.

Mənbə: az.trend.az