İspaniyada daha bir futbolçunun evini qarət etmək cəhdi olub.
Hadisə Sevilya şəhərinin kənarındakı Bormujos bələdiyyəsində baş verib.
“Diario de Sevilla” qəzetinin məlumatına görə, ötən şənbə günü komandanın “Barselona”ya 2:5 hesabı ilə uduzduğu oyun zamanı bir neçə maskalı şəxs “Real Betis”in hücumçusu Troy Parrottun evinə girib.
Təhlükəsizlik kameralarının görüntülərində hücum edənlərin binaya girib-çıxdığı görünür, lakin onlar heç nə götürməyiblər. Mülki Qvardiya araşdırma aparır.
Xatırladaq ki, oktyabrın 14-də naməlum şəxslər Parrotun komanda yoldaşı Antoninin evini qarət etmişdilər. Bir həftə sonra isə “Sevilya”nın keçmiş qapıçısı Serxio Rikonun qarət edilməsi xəbəri yayıldı.
Mənbə: publika.az