Tovuzda iki nəfər bıçaqlandı, biri öldü - Saxlanılan var+Yenilənib

Tovuzda iki nəfər bıçaqlandı, biri öldü -

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-ya istinadla xəbər verilir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevi yaralamaqda və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Mənbə: bizim.media