Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb.
“Reuters” agentliyinə istinadən xəbər verilir ki, nəticədə 4 pilot ölüb.
Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: bizim.media