Təyyarə eniş edərkən alovlandı - Video

Təyyarə eniş edərkən alovlandı - Video

Ukraynaya məxsus An-124 “Ruslan” yük təyyarəsi Yaponiyanın Çubu regionunun hava limanında eniş edərkən alovlanıb.

NHK nəşrinə istinadən xəbər verilir ki, hadisə nəticəsində hava limanının fəaliyyəti 15 dəqiqəlik dayandırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Məlumata görə, təyyarə “Antonov Airlines” aviaşirkətinə məxsusdur. Onun yükünün nədən ibarət olduğu açıqlanmır.

Mənbə: qafqazinfo.az