Təl-Əvivdən Vyanaya uçan "Austrian Airlines" aviaşirkətinə məxsus təyyarə oktyabrın 18-də axşam saatlarında göyərtəsində bomba olması ehtimalı ilə əlaqədar Bolqarıstanın paytaxtı Sofiyada təcili eniş edib.
"Kan" telekanalına istinadən xəbər verilir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti məlumat yayıb.
Bildirilib ki, Ben Qurion hava limanından Vyanaya uçan təyyarə göyərtədə mümkün partlayış təhlükəsi barədə anonim məlumat daxil olduqdan sonra Sofiyada eniş edib.
Hazırda xüsusi xidmət orqanları hadisənin təfərrüatını və başvermə şəraitini araşdırır.
Mənbə: oxu.az