Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.
Bu barədə yerli "ERT-news" telekanalı məlumat yayıb.
Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər.
Hadisənin səbəbləri araşdırılır.
Mənbə: publika.az