Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Qəza zamanı 1959-cu il təvəllüdlü M. Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az