İstanbulda dünən axşam başlayan və fasilələrlə davam edən leysan şəhərdə bir sıra fəsadlara səbəb olub.
“TRT Haber”ə istinadən xəbər verilir ki, güclü yağış səbəbindən küçələri, yeraltı keçidləri, evləri və iş yerləri su basıb.
Nəticədə avtomobil və sakinlərin yollarda hərəkəti çətinləşib.
Ölkə mediasında yayılan görüntülərdən birində yağış sularının səbəb olduğu selin bir qadını apardığını görmək mümkündür. Qadın daha sonradan ətrafdakı şəxslərin köməyi ilə xilas edilib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az