Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı körpə müalicə aldığı xəstəxanada həyatını itirib.
Hadisə Şirvan şəhərində qeydə alınıb.
Bir gün əvvəl şarpayıdan yıxılan körpə ağır kəllə-beyin travması alıb. Ona kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan körpə Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: qafqazinfo.az