Ukrayna ötən axşamdan Moskva regionu istiqamətində bu ilin ən böyük hücumlarından birini həyata keçirib.
Bu barədə məlumat Moskva meri Sergey Sobyanin açıqladığı rəsmi statistikada yer alıb.
“12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-dək Moskva regionu istiqamətində uçan 417 dron qeydə alınıb”, - mer sosial şəbəkə hesabında yazıb.
Sobyanin dronların böyük hissəsinin hərbi hava qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirildiyini, 65 dronun isə Moskva yaxınlığında vurulduğunu bildirib.
Mənbə: qafqazinfo.az