Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyaya dron hücumu: “Yandeks”in 80-dən çox xidməti sıradan çıxdı

Rusiyanın Vladimir şəhərində “Yandeks” şirkətinə məxsus mərkəz dron hücumundan sonra fəaliyyətini tam dayandırıb.

Hadisədən sonra yanğın baş verdiyi və şirkətin 80-dən çox xidmətində genişmiqyaslı nasazlıq yarandığı bildirilir.

Nasazlıq nəticəsində Rusiyada, eləcə də Serbiya, Qazaxıstan, Belarus və Ermənistanda taksi sifarişi ilə bağlı problemlər yaranıb.

“Yandeks Musiqi”, “Yandeks Ev”, “Telemost” və Yandex Cloud xidmətləri də fəaliyyətini dayandırıb. “Yandeks Pay” sistemindəki nasazlıq səbəbindən bəzi istifadəçilər bank xidmətlərinə və vəsaitlərinə çıxış əldə edə bilmirlər.


Şirkət məlumat mərkəzindəki avadanlıqların işinin nə vaxt bərpa olunacağını açıqlamağın çətin olduğunu bildirib.

Mənbə: bizim.media