Ukraynanın paytaxtı Kiyev elektrik, istilik və su təchizatında gözlənilən uzunmüddətli kəsintilər səbəbindən "sağ qalmaq rejiminə" keçməyə hazırlaşır.
Bu barədə Kiyev meri Vitali Kliçko "AFP" (Agence France-Presse) agentliyinə verdiyi müsahibəsində bildirib.
Merin sözlərinə görə, şəhər sakinlərini qarşıda çətin günlər gözləyir və kommunal infrastrukturun işində yaranacaq ciddi fasilələr səbəbindən paytaxt fövqəladə hazırlıq vəziyyətinə gətirilir.
///musavat///
Mənbə: azxeber.com