“Qiyamət radiosu” yenə efirdədir - 5 sirli mesaj yayımlandı

“Qiyamət radiosu” yenə efirdədir -

Rusiyada “Qiyamət günü radiosu” kimi tanınan sirli UVB-76 radiostansiyası cümə axşamı daha üç müəmmalı mesaj yayımlayıb.

Bundan əvvəl radiostansiya həmin gün efirə iki mesaj çıxarıb. Daha sonra, saat 14:00-dan sonra daha üç naməlum mesaj səsləndirilib.

Moskva vaxtı ilə saat 14:18-də efirdə “lotonant”, “sçetospor” və “qırmızıyanaq” sözləri səslənib. Saat 14:21-də UVB-76 “pekomrak”, saat 14:30-da isə “kolotıy” sözünü yayımlayıb.

Qeyd edək ki, UVB-76-nın ötürdüyü bu tip kodlaşdırılmış mesajların mahiyyəti və məqsədi ilə bağlı rəsmi açıqlama yoxdur.

Müəllif: Adəm

Mənbə: publika.az